debüt filmlər

Kinematoqrafiya sahəsində peşəkar yaradıcı işçinin ilk yaradıcılıq işi

debet kartları
defisit
OBASTAN VİKİ
Debüt
Debüt (fr. début) bu mənaları ifadə edə bilər: Debüt — incəsənət xadiminin geniş ictimaiyyətə ilk tanınması. Debüt — şahmat partiyasının başlanğıcı. Debüt — Azərbaycanda rok qrup.
"Debüt" studiyası
"Debüt" studiyası — == Tarixi == "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərir. "Kinofilmlərin ideya-bədii səviyyəsini daha da yüksəltmək və kinematoqrafiyanın maddi-texniki bazasını möhkəmləndirmək tədbirləri haqqında" Sov. İKP MK və SSRİ Nazirlər Sovetinin 1986-cı il 26 fevral tarixli, 13 nömrəli qərarına müvafiq olaraq, ASSR Nazirlər Sovetinin 1987-ci il 20 fevral tarixli 53r nömrəli sərəncamı ilə kinostudiya nəzdində "Debüt" eksperimental-gənclik yaradıcılıq studiyası yaradıldı. Studiyanın rəhbəri Eldar Quliyev, baş redaktoru Eldəniz Quliyev, direktoru isə Davud Zöhrabov təyin olundu. O vaxtlar "Mosfilm" və "Gürcüstanfilm" kinostudiyalarında artıq belə tipli studiyalar mövcud idi, lakin bizim debüt, təkcə rejissorların deyil, həm də rəssamların, aktyorların, ssenaristlərin, operatorların debütüdür. Burada təkcə bədii deyil, sənədli, xronikal, eksperiment, cizgi filmləri də çəkilirdi. (A. Kazımzadə, Bizim Azərbaycanfilm, Bakı 2004, səh 318). Debüt studiyasını o vaxtlar kinoalmanaxlar üçün çəkilən qısametrajlı bədii filmlər-kinonovellalar əvəz edirdi. Belə yaradıcılıq sınağından uğurla keçən gənc rejissora sonradan böyük ekran üçün tammetrajlı bədii rilm çəkməyə icazə verilirdi. Debütdə çəkilən bəzi filmlər: "Ata" (Ayaz Salayev), "Torpaq" (Vaqif Azəryar), "Dünən, Bu gün və…" (R. Əliyev) sənədli, "Düşüncə" (N. Nərimanbəyova) animasiya, "Son Tamaşa", "Bizim Bakı Teatrı", "Bizim Nəsibə Xanım", "Haqqın Dərgahı", "Səhnədə Keçən Həyat", "Qonaq-qaralı Ev" sifariş filmləri istehsal olunub.
Debüt (qrup)
Debüt (rus. Дебют) — Sumqayıt şəhərində yaranmış Azərbaycan rok qruplarından biri. 1988-1991-ci illər arasında Azərbaycanda fəaliyyət göstərmiş pop-rok janrında ifa edən qrupun ifaları ruscadır. == Qrupun tarixi == Qrup 1988-ci ildə gitarist Rasim Qasımov tərəfindən Sumqayıt şəhərində yaradılmışdır. == Üzvləri == Daur Kusov - vokal Eqor Dervoed - zərb alətləri Rasim Qasım - gitarist İqor Tixonov - zərb alətləri Elçin Sadıqov - bass-gitar == Hazırda qrup == Qrup üzvləri hazırda Rusiyada - Moskva şəhərində yaşayırlar. Bunlardan Eqor Dervoed Qorki Park rus rok qrupunun prodüseridir. == Diskoqrafiya == Я иду по большой аллее Вот и всё Белый снег Сумгаит Забудь печаль Призрак == İstinadlar == ↑ "ФЕНИКС литературный клуб: Eqor Dervoed". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-25.
Debüt (şahmat)
Debüt (şahmat) — görüşün ilk mərhələsi, oyunun başlanğıcı. Görüşün ilk mərhələsi olan debütdə rəqiblər fiqurları irəli çıxararaq sonrakı mərhələyə hazırlıq görürlər. Debüt şahmat strategiyasının və nəzəriyyəsinin, ilk növbədə fiqurların və piyadaların qarşılıqlı əlaqəsinin strateji prinsiplərinin əsas qanunlarına tabedir. Debüt üç növə bölünür: açıq (ağların birinci gedişi mütləq belə olur: 1. e4 və qaraların cavabı: 1… e5); yarımaçıq (ağlar 1. e4 gedişi edirlər, qaralar isə 1… e5 gedişindən başqa istənilən gedişi edə bilərlər); bağlı (ağlar 1. e4 gedişindən başqa istənilən gedişi edirlər).
Debüt (studiya)
"Debüt" studiyası — == Tarixi == "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərir. "Kinofilmlərin ideya-bədii səviyyəsini daha da yüksəltmək və kinematoqrafiyanın maddi-texniki bazasını möhkəmləndirmək tədbirləri haqqında" Sov. İKP MK və SSRİ Nazirlər Sovetinin 1986-cı il 26 fevral tarixli, 13 nömrəli qərarına müvafiq olaraq, ASSR Nazirlər Sovetinin 1987-ci il 20 fevral tarixli 53r nömrəli sərəncamı ilə kinostudiya nəzdində "Debüt" eksperimental-gənclik yaradıcılıq studiyası yaradıldı. Studiyanın rəhbəri Eldar Quliyev, baş redaktoru Eldəniz Quliyev, direktoru isə Davud Zöhrabov təyin olundu. O vaxtlar "Mosfilm" və "Gürcüstanfilm" kinostudiyalarında artıq belə tipli studiyalar mövcud idi, lakin bizim debüt, təkcə rejissorların deyil, həm də rəssamların, aktyorların, ssenaristlərin, operatorların debütüdür. Burada təkcə bədii deyil, sənədli, xronikal, eksperiment, cizgi filmləri də çəkilirdi. (A. Kazımzadə, Bizim Azərbaycanfilm, Bakı 2004, səh 318). Debüt studiyasını o vaxtlar kinoalmanaxlar üçün çəkilən qısametrajlı bədii filmlər-kinonovellalar əvəz edirdi. Belə yaradıcılıq sınağından uğurla keçən gənc rejissora sonradan böyük ekran üçün tammetrajlı bədii rilm çəkməyə icazə verilirdi. Debütdə çəkilən bəzi filmlər: "Ata" (Ayaz Salayev), "Torpaq" (Vaqif Azəryar), "Dünən, Bu gün və…" (R. Əliyev) sənədli, "Düşüncə" (N. Nərimanbəyova) animasiya, "Son Tamaşa", "Bizim Bakı Teatrı", "Bizim Nəsibə Xanım", "Haqqın Dərgahı", "Səhnədə Keçən Həyat", "Qonaq-qaralı Ev" sifariş filmləri istehsal olunub.
Blokbaster filmlər
Studiyalar diqqətini gəlir əldə etmək üçün hər il hədsiz dərəcədə bahalı filmlər buraxmağa yönəltmişdilər. Belə filmlər hər biri xeyli pula başa gələn mənzərə, güclü aktyorlar və istehsalat dəyərinə əsaslanırdı. Blokbasterlər, əsasən, məşhur aktyor və geniş tamaşaçı kütləsi cəlb etmək üçün kütləvi reklamdan asılıdır. Uğurlu blokbasterlər ona sərf olunan dəyər geri qazanmaq və çoxlu gəlir əldə etmək üçün kifayət qədər çox tamaşaçı cəlb edir. Belə filmlər ciddi uğursuzluq riski daşıyırlar və əksər studiyalar il ərzində həm yüksək, həm də aşağı nəticə əldə edən blokbasterlər buraxırlar. Bu dövrdən olan rekord qırmış filmlərə "Gələcəyə dönüş" (Back to the Future), "Beverli Hillz polisi" (Beverly Hills Cop), "Altıncı hiss" (The Sixth Sense), "Titanik" (Titanic), "Yağış adam" (Rain Man), "Yaşıl mil" (The Green Mile), "Ulduz müharibələri: Birinci mərhələ — Fantom təhlükəsi" (Star Wars: Episode I – The Phantom Menace), "Nyu York şəbəkələri", "Keçmişi olmayan adam" (The Man Without a Past) daxildir. Bu şəkildə çəkilən filmlərdə adətən aktyorluq baxımından yüksək peşəkarlıq qabiliyyəti, rejissorluq, ssenaristlik və filmlə bağlı olan digər detallara xüsusi diqqət yetirilir və yaradıcılıq və yeniçiliyə əsaslanır.
Rəngli filmlər
Rəngli filmlər — həm rəngli şəkil çəkmək üçün istifadə olunan fotolentlər , həm də rəngli kinofilmlər üçün işlədilən deyimdir. Rəngli filmlərin yaranmasının ilkin səbəbi rənglərin araşdırılmasıdır ki , bu da İsaak Nyutonla bağlıdır. 1666-cı ildə optik eksperiment aparan Nyuton rənglərin işığın bir funksiyası olması qərarına gəldi.1802-ci ildə Tomas Yanq və 1850-ci illərdə Hermann Vonn Hermholtz rəngləri araşdırmışlar. Yanq-Hermholtz teoriyasına görə insan retinası yalnız üç rəngə-al, sarı və mavi (sonralar gözdən keçirib al, yaşıl və mavi olaraq dəyişdi) rənglərinə cavab verə bilir. Ancaq Yanq-Hermholtz teoriyası öz doğruluğunu eksperimentlə sübut etməmişdi. Teoriya 1850-ci illərdə Ceyms Maksvell tərəfindən inkişaf etdirildi. Baxmayaraq ki , Maksvell rəngli şəkil çəkməyin yollarını 1861-ci ildə artıq göstərmişdi, rənglərin kino bölməsində işlədilə biləcək qədər natural olması çox vaxt apardı. Amma bu rejissorları film rəngləməkdən döndərə bilmədi. Əl ilə boyama film rəngləmədə işlədilən ilk üsul oldu. 1895-ci ildə çəkilmiş "Annabelin serpantin rəqsi" bu üsulla çəkilmiş ilk film oldu.
Debüt (musiqi qrupu)
Debüt (rus. Дебют) — Sumqayıt şəhərində yaranmış Azərbaycan rok qruplarından biri. 1988-1991-ci illər arasında Azərbaycanda fəaliyyət göstərmiş pop-rok janrında ifa edən qrupun ifaları ruscadır. == Qrupun tarixi == Qrup 1988-ci ildə gitarist Rasim Qasımov tərəfindən Sumqayıt şəhərində yaradılmışdır. == Üzvləri == Daur Kusov - vokal Eqor Dervoed - zərb alətləri Rasim Qasım - gitarist İqor Tixonov - zərb alətləri Elçin Sadıqov - bass-gitar == Hazırda qrup == Qrup üzvləri hazırda Rusiyada - Moskva şəhərində yaşayırlar. Bunlardan Eqor Dervoed Qorki Park rus rok qrupunun prodüseridir. == Diskoqrafiya == Я иду по большой аллее Вот и всё Белый снег Сумгаит Забудь печаль Призрак == İstinadlar == ↑ "ФЕНИКС литературный клуб: Eqor Dervoed". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-25.
Mərkəzi debüt (şahmat)
Mərkəzi debüt — Şahmatda 1. e2-e4 e7-e5 2. d2-d4 e5:d4 3. Vd1:d4 gedişləri ilə başlayan debüt. Şahmata dair qədim əsərlərdə xatırlanan bu debütə XIX əsrin 80-ci illərində keçirilən yarışlarda təsadüf olunur.
Bədheybətlər haqqında filmlər
Bədheybətlər haqqında filmlər — əsas süjet xəttini əntər, div, cin kimi bədheybət məxluqlarla mübarizə təşkil edən film janrıdır. Bu janr elmi fantastika, komediya və qorxu film janrları ilə sıx bağlıdır. Janr qorxu ədəbiyyatı nümunələrinin ekranlaşdırılması ilə inkişaf etmişdir.
Forsaj (filmlər seriyası)
Forsaj (həmçinin Sürətli və Qəzəbli kimi tanınır) media françayzinqi kəşfiyyat filmləri silsiləsi üzərində qurulmuşdur., əsasən qanunsuz küçə yarışları, soyğunçular, casuslar və ailə ilə əlaqəlidir. Franşizaya həmçinin qısametrajlı filmlər, televiziya serialları, canlı şoular, video oyunlar və mövzu parkı attraksionları daxildir. Universal Pictures tərəfindən paylanır. İlk filmi 2001-ci ildə buraxıldı, bu film qeyri-qanuni küçə yarışlarına fokuslanan filmlərin orijinal tetralogiyasına başladı. Serial Forsaj 5: Rio soyğunu (2011) ilə heists və casusluq istiqamətlərinə keçdi və ən son ilə dörd davam filmi izlədi. Forsaj 9, 2021-ci ildə, Forsaj 10 isə 2023-cü ildə buraxılıb. Serialı yekunlaşdırmaq üçün on birinci filmin çəkilməsi planlaşdırılır və əsas filmlər birlikdə The Fast Saga kimi tanınır. Universal serialı Forsaj: Hobs və Şou (2019) spin-off filmini əhatə etməklə genişləndirdi, onun törəmə şirkəti DreamWorks Animation bunu cizgi filmi ilə izlədi. Axar televiziya seriyası Sürətli və Qəzəbli Casus Yarışçılar. Bütün filmlər üçün soundtrack albomları, eləcə də filmlərdə eşidilən mövcud musiqiləri ehtiva edən kompilyasiya albomları buraxılmışdır.
Xınalıq haqqında filmlər
"Salnamə" sənədli filmlər studiyası
Salnamə — Azərbaycanda film studiyası. == Tarix == 1988-ci ildə xronikal-sənədli, elmi–kütləvi və tədris filmləri birliyinin bazasında yaradıldı. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərir. Sənədli filmlər istehsal edir. Rəhbəri Nazim Hüseynovdur. 1993-cü ildən sonra isə dövlət statuslu müstəqil sənədli filmlər studiyası adlandırıldı. Hər il dövlət sifarişi ilə 1 film çəkilir. Bundan başqa süjetlər, kinoçarxlar istehsal olunur. Maliyyənin 90 faizini dövlət ödəyir. 3 dəqiqəlik lentlərə xronikal süjetlər çəkilir.
"Yaddaş" Sənədli Filmlər Studiyası
== Tarixi == Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sənədli filmlər istehsal edən studiyasıdır. Əvvəllər C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının tərkibində kinoxronika bölməsi olub. 1991-ci ildən müstəqil sənədli filmlər studiyaları kimi fəaliyyət göstərdilər. 1993-cü ildən "Azərbaycanfilm" kinostudiyasının nəzdində müstəqil studiya kimi fəaliyyət göstərir. Studiyanın ilk rəhbəri Zaur Məhərrəmov olub. 1988-ci ildə xronikal-sənədli, elmi–kütləvi və tədris filmləri birliyinin bazasında yaradıldı. "Yaddaş" Studiyası 1997-ci ildən başlayaraq dövlət sifarişi ilə ildə bir sənədli film çəkir. Yaddaş əsasən portret janrına müraciət edir. Filmləri arasında "Şeytanbazar" (Nizami Abbas), "İlyas Əfəndiyev" (Cəmil Fərəcov), "Arif Babayev", "Həsən Seyidbəyli", "Rafiq Babayev" (Cəmil Quliyev), "Səma Şairi" (Şamil Nəcəfzadə) var. Direktor: Cavid İmamverdiyev Prodüser: Xanlar Cəfərov əməkdar mədəniyyət işçisi Rejissor-operator: Nizami Abbas əməkdar incəsənət xadimi Rejissor: Mübariz Nağıyev == Mənbə == Zaur Məhərrəmov.
Azərbaycan Kinosu-Sənədli Filmlər
Sənədli film — müəyyən mövzu üzrə müxtəlif araşdırmalar nəticəsində toplanan sənədli faktların film formasında tamaşaçılara çatdırma üsulu. Sənədli filmlərin əsas vəzifəsi tarixi əhəmiyyətli hadisələrin fiksiyası, tədris və təhsil üçün materialların yaradılması, tədqiqat və təbliğat xarakterli fikirlərin yayılmasıdır. Dünya kinosunun əsası məhz sənədli-xronikal kadrlarla başlamışdır. Qatarın bir başa ağ kətan üzərindən tamaşaçının üstünə doğru sürətlə gəlməsi tamaşaçılarda həyəcan və qorxu əmələ gətirmişdi. Kino sənətinin bu növü olmuş hadisələrin, gerçək həyatın lentə alınması əsasında yaradılır. Real hadisə və əhvalatların lentdə əks etdirilməsi nəticəsində meydana çıxan filmlər bədiilik dərəcəsi baxımından bədiilikdən kənar, xalis informasiya xronikalarından tutmuş, büsbütün incəsənət qanunları üzrə qurulmuş bədii-publisistik və sənədli-poetik filmlərədək olduqca müxtəlif ola bilər. Sənədli kinonun əhəmiyyəti təkcə həyat hadisələrini birbaşa və müstəqil təhlil etməkdən ibarət deyildir. O, konkret faktları və hadisələri tutuşdurmaq və təhlil etmək üçün də geniş imkanlara malikdir. == Tarixi == === 1900-cü ildən əvvəl === Tərifinə görə, ilk "hərəkətli şəkillər" sənədli filmlər adlanır. Bu cür filmlərdə stansiyaya daxil olan qatar, hərəkət edən gəmi və ya işdən qayıdan bir qrup insan kimi konkret səhnə təsvir edilirdi.
Harri Potter (filmlər seriyası)
“Harri Potter” filmlər seriyası — ingilis yazıçısı Coan Roulinq (orijinal — Joanne Kathleen Rowling) tərəfindən yazılmış fantaziya romanları seriyası əsasında çəkilmiş Böyük Britaniya – ABŞ istehsalı olan filmlər seriyasıdır. Serial Warner Bros. Pictures tərəfindən yayımlanıb, Coan Roulinqin 7 eyniadlı romanı əsasında çəkilmiş 8 fantastik filmdən ibarətdir. Harri Potter və Fəlsəfə Daşı seriyasından başlayır, Harri Potter və Ölüm Hədiyyələri-II hissə seriyasında kulminasiya nöqtəsinə çatır . Filmlərin çəkilişi on ildən artıq davam edib. Harri Potter və Ölüm Hədiyyələri seriyada 7-ci (və sonuncu) romandır, onun əsasında iki hissə film (2 seriya) çəkilib. Harri Potter və Ölüm Hədiyyələri – I hissə 2010-cu ilin noyabr ayında və II hissə isə 2011-ci ilin iyul ayında buraxıldı. Serialın səkkiz filmdən altısı bu vaxta kimi çəkilmiş 50 ən yaxşı filmlər sırasındadır. Harri Potter və Ölüm hədiyyələri — II hissə ən azı 1 milyard dollar gəlir gətirən 31 dünya filmləri siyahısına daxildir (reytinq üzrə 8-ci yeri tutur) . Filmin ən baha başa gələn seriyası 6-cı seriyadır ("Harri Potter və Mələz Şahzadə"), 250 milyon dollar sərf olunub.
Çaqqallarla Rəqs (filmlər seriyası)
Çaqqallarla rəqs — rejissor Murad Şəkər tərəfindən çəkilmiş Türkiyə istehsalı olan filmlər seriyasıdır. Film Çaqqallarla rəqs filmi ilə başlayıb, Çaqqallarla rəqs 6 filmi ilə kulminasiya nöqtəsinə çatır. Filmlərin çəkilişi səkkiz ildən artıq davam edib.
İks-adamlar (filmlər seriyası)
İks-adamlar filmlər seriyası Marvel Comics super qəhrəman komandasının eyni adlı super qəhrəmanlarından ibarətdir. Filmin əsas diqqət çəkən rolları Volverin (Hyu Cekman), Professor Xavier (Patrik Stüart və Ceyms MakEvoy) və Maqneto (Yan MakKellen və Maykl Fassbender) obrazlarıdır. Filmdə Xavier və Maqneto arasındakı münaqişəyə Volverinin cəlb olunması, mutantlarla insanların əlaqələri üzərində olan fikirlər əks olunur. Xavier insanlarla mutantların bir yerdə ola biləcəyinə inanır, ancaq Maqneto mutantların insanlıq üzərində hakim olacağını hesab edir. Filmin altsahələri "Weapon X" və "Dark Phoenix" obrazları əsasında genişləndirilib. 20th Century Fox 1994-cü ildə xarakterlər film hüquqlarını əldə etdi və saysız qaralamalardan sonra Brayan Singer birbaşa "İks-adamlar" filmini yönəltdi və o "İks-adamlar 2" filmi üçün geri qayıtdı. O potensial üçüncü və dördüncü filmləri buraxdı və "Supermen qayıdır" filmini yönəltdi. "İks-adamlar: Son müqavimət" filminə Bret Retner rejissorluq etdi.
"Rossiya" açıq sənədli filmlər festivalı
"Rossiya" açıq sənədli filmlər festivalı — Rusiyada hər il keçirilən kino festivalı. == Tarixi == "Rossiya" açıq sənədli filmlər festivalı Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 1988-ci ildən bəri hər il keçirilir. Seçim komitəsinə hər il Rusiyadan və xaricdən 300-dən çox film təqdim olunur.
Dədə Qorqud oğuznamələri (filmlər silsiləsi)
Dədə Qorqud oğuznamələri — Dədə Qorqud dastanının 12 boyunu əhatə etməsi planlaşdırılan serial. Yalnız iki seriyası çəkilmişdir.
Alatoran filmlər seriyasının aktyor heyətinin siyahısı
Alatoran Saqa filmlər seriyasının aktyor heyətinin siyahısı — Stefani Mayerin eyni adlı romanlar seriyası əsasında çəkilmiş filmlərdə iştirak etmiş aktyorların siyahısıdır. Filmlərin əsas ulduzları, Bella Svon rolunda çəkilmiş Kristen Stüart, Edvard Kallen rolunda çəkilmiş Robert Pattinson və Ceykob Blek rolunda çəkilmiş Teylor Lotnerdir. 2008-ci ildə New York Times bestselleri olan roman (2005) əsasında çəkilmiş "Alatoran" filminin rejissoru Ketrin Hardvikdir. İkinci film olan "Alatoran: Yeni Ay" (2009) Kris Vetzin rejissorluğu ilə, birinci romanın davamı olan roman (2006) əsasında çəkilmişdir. Üçüncü film olan "Alatoran: Tutulma" (2010) filmi kitablar seriyasından üçüncü roman (2007) əsasında Devid Sleydin rejissorluğu ilə ekranlaşdırılmışdır. Pattinson və Eşli Qrin qeyd edirlər ki, Sübh (2008) romanının ekranlaşdırılmasına 2010-cu ildən başlanacağı gözlənilirdi. Çəkilişlər 1 noyabr 2010-cu ildə başlamışdır. Alatoran: Sübh. Hissə 1 18 noyabr 2011-ci ildə izləyicilərə təqdim edilmiş , 11 fevral 2012-ci ildə ABŞ-də DVD şəklində satışa çıxarılmışdır. Ümumilikdə film $712 milyon gəlir gətirmişdi.
Azərbaycanda dövlət varidatı elan edilən filmlər
Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısı — bu siyahı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə təsdiq edilmiş sənədə əsasən hazırlanmışdır. == Siyahı == Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlər bunlardır: "Sevil" (1929-cu ildə çəkilmişdir); "Lətif" (1930-cu ildə çəkilmişdir); "İsmət" (1934-cü ildə çəkilmişdir); "Mavi dənizin sahilində" (1935-ci ildə çəkilmişdir); "Almaz" (1936-cı ildə çəkilmişdir); "Bakılılar" (1938-ci ildə çəkilmişdir); "Kəndlilər" (1939-cu ildə çəkilmişdir); "Səbuhi" (1941-ci ildə çəkilmişdir); "Bir ailə" (1943-cü ildə çəkilmişdir); "Arşın mal alan" (1945-ci ildə çəkilmişdir); "Görüş" (1955-ci ildə çəkilmişdir).
Dədə Qorqud oğuznamələri (filmlər silsiləsi, dəqiqləşdirmə)
Dədə Qorqud oğuznamələri — Dədə Qorqud dastanının 12 boyunu əhatə etməsi planlaşdırılan serial. Yalnız iki seriyası çəkilmişdir.